Əsas Səhifə > Dünya > ABŞ İsraillə münasibətlərin normallaşdırılmasında Suriyaya dəstəyini təsdiqləyib

ABŞ İsraillə münasibətlərin normallaşdırılmasında Suriyaya dəstəyini təsdiqləyib


Bu gün, 06:12

Vaşinqton Dəməşqə İsraillə təhlükəsizlik sazişinin əldə olunması və regionda sabitliyin möhkəmləndirilməsinə yönəlmiş səylərdə dəstəyini təsdiqləyib.

APA xəbər verir ki, bu barədə Suriyanın Xarici İşlər Nazirliyinin prezident Əhməd əş-Şəraanın ABŞ-a səfərinin nəticələrinə dair yaydığı məlumatında deyilir.

“ABŞ tərəfi İsraillə təhlükəsizlik sazişinin əldə olunmasına, regional sabitliyin gücləndirilməsinə yönəlmiş səylərə dəstəyini təsdiqlədi”, - məlumatda deyilir.


Geri qayıt