Əsas Səhifə > Dünya > Tramp ABŞ-nin nüvə sınaqları keçirəcəyini təsdiqləyib
Tramp ABŞ-nin nüvə sınaqları keçirəcəyini təsdiqləyib3-11-2025, 05:37 |
|
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların nüvə sınaqları keçirəcəyini təsdiqləyib, lakin bunun döyüş başlıqlarının partladılması demək olub-olmadığını dəqiqləşdirməkdən imtina edib. "Report"un məlumatına görə, ABŞ lideri bu açıqlamanı "CBS News"a müsahibəsində verib. Tramp vurğulayıb ki, ABŞ onun necə işlədiyini görmək üçün nüvə silahlarını sınaqdan keçirməsi lazımdır. O qeyd edib ki, Rusiya sınaqdan keçirdiyini açıqlayıb, Şimali Koreya isə daim nüvə silahlarını sınaqdan keçirir. "İstəmirəm ki, (bu silahları) sınaqdan keçirməyən yeganə ölkə biz olaq", - Tramp deyib. Aparıcı Prezidentdən bunun ABŞ-nin 30 ildən çox müddətdən sonra döyüş başlıqlarının partladılmasına yenidən başlayacağı anlamına gəlib-gəlmədiyini soruşub. "Deyirəm ki, biz də digər ölkələr kimi nüvə silahlarını sınaqdan keçirəcəyik", - Tramp cavab verib. Geri qayıt |