Əsas Səhifə > Dünya > "Putin "Narıncı inqilab" vaxtı mənə etirazları zorla yatırmağı təklif etdi"
"Putin "Narıncı inqilab" vaxtı mənə etirazları zorla yatırmağı təklif etdi"2-11-2025, 08:44 |
|
Ukraynanın sabiq prezidenti Leonid Kuçma Rusiya prezidenti Vladimir Putinlə 2004-cü ildə Maydan hadisələri zamanı etdiyi müzakirələrdən bəhs edib. Axar.az xəbər verir ki, Kuçma bu barədə BBC-yə müsahibəsi zamanı danışıb. Onun sözlərinə görə, həmin söhbət onun fəaliyyəti zamanı ən çətin danışıqlardan biri olub: "Putin "Narıncı inqilab" vaxtı mənə etirazları zorla yatırmağı təklif etdi. Hətta bunun üçün saatlarla məni inandırmağa çalışdı. Mən isə bunu nə edə biləcəyimi, nə də etmək istədiyimi bildirdim”, - deyə Kuçma qeyd edib. Geri qayıt |