Əsas Səhifə > Dünya > Tramp Putinlə təklif olunan görüşün ləğv olunduğunu açıqlayıb

Tramp Putinlə təklif olunan görüşün ləğv olunduğunu açıqlayıb


Bu gün, 06:08

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə təklif olunan görüşün Vaşinqton tərəfindən ləğv olunduğunu deyib.

APA xəbər verir ki, bu barədə o, NATO-nun Baş katibi Mark Rutte ilə görüş zamanı jurnalistlərin sualına cavabında bildirib.

“Bunu düzgün hesab etmədim”,- deyə Tramp səbəbini belə izah edib. O, Rusiyanın iki böyük neft şirkətinə qarşı sanksiyaların niyə indi sərtləşdirilməsi ilə bağlı suala cavabında bildirib ki, bunun vaxtının artıq yetişdiyini düşündüyü üçün belə addım atıb. Tramp Rusiyanın yeni neft sanksiyalarının Putini düşünməyə vadar edəcəyinə ümid etdiyini bildirib.

***

ABŞ administrasiyası Ukraynada münaqişənin sülh yolu ilə həlli istiqamətində irəliləyiş əldə olunacağı təqdirdə Rusiya rəsmiləri ilə görüşməyə hazırdır.

APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio oktyabrın 22-də jurnalistlərə açıqlamasında bildirib.

“Biz hələ də Rusiya tərəfi ilə görüşmək istəyirik,” – deyə o qeyd edib.

“Rusiya xarici işlər naziri Sergey Lavrovla yaxşı bir telefon danışığımız olub və bu əsasda işi davam etdirəcəyik. Əgər sülhə nail olmaq imkanı varsa, biz hər zaman dialoqda maraqlı olacağıq”.


Geri qayıt