Əsas Səhifə > Dünya > Ukrayna ordusu Bryansk Kimya Zavodunu vurub
Ukrayna ordusu Bryansk Kimya Zavodunu vurubBu gün, 06:18 |
Ukrayna ordusu Rusiyanın Bryansk vilayətindəki Kimya zavodunu “Storm Shadow” raketləri ilə vurub. APA xəbər verir ki, bu barədə Ukraynanın ordusunun Baş Qərargahı öz “Telegram” kanalında məlumat yayıb. “2025-ci il oktyabrın 21-də Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri və Ukrayna Müdafiə Qüvvələrinin digər komponentləri birlikdə Bryansk Kimya Zavodunu vurub”, - məlumatda bildirilir. "Zərbənin nəticələri dəqiqləşdirilir", - Baş Qərargah əlavə edib. Qeyd edək ki, zavodda barıt, partlayıcı maddələr və raket yanacağı komponentləri istehsal edilir. Geri qayıt |