Əsas Səhifə > Dünya > Fransada müxalifət yeni hökumətə etimadsızlıq hədəsi edib
Fransada müxalifət yeni hökumətə etimadsızlıq hədəsi edib6-10-2025, 01:47 |
Fransada həm sol, həm də sağ müxalifət yeni hökumətin tərkibini kəskin tənqid edib. Teleqraf TASS-a istinadən xəbər verir ki, müxaliflər kabinetdə əksər nazirlərin vəzifədə qalmasını gözləntilərinin puça çıxması kimi qiymətləndirib. “Əyilməz Fransa” hərəkatının lideri Jan-Lyuk Melanşon yeni hökuməti “əziyyət siyasətini” davam etdirən “kölgələr karvanı” adlandırıb. Onun partiya yoldaşı Erik Kokrel hökumətə etimadsızlıq səsverməsi tələb edəcəyini açıqlayıb. Sosialist Partiyasından Boris Vallo “Hökumət seçkilərdə məğlub olub, amma yenə də idarəetməni davam etdirir” deyib. “Milli Birlik” lideri Marin Le Pen kabineti “acınacaqlı” adlandırıb. Partiyanın sədri Jordan Bardella isə “ya Makron siyasətindən qopmaq, ya da etimadsızlıq səsverməsi” çağırışı edib. Geri qayıt |