Əsas Səhifə > Dünya > Almaniyada məcburi hərbi xidmətin bərpası gündəmə gətirilib
Almaniyada məcburi hərbi xidmətin bərpası gündəmə gətirilib1-10-2025, 06:03 |
Almaniyanın xarici işlər naziri Yohan Vadeful ölkədə məcburi hərbi çağırışın dərhal bərpa olunmasının tərəfdarıdır. "Report"un məlumatına görə, o, bu barədə "Funke" media qrupuna müsahibəsində bildirib. O qeyd edib ki, bu barədə artıq dəfələrlə danışıb: "Lakin biz bu məsələni koalisiya daxilində müzakirə etməyə məcburuq. Hökumət təkliflər irəli sürüb və indi fraksiyalar danışıqlar aparıb qanunun forması ilə bağlı qərar verməlidir. Təbii ki, bütün hallar nəzərə alınmalıdır". Bundestaqın gələn həftə Almaniyada yeni hərbi xidmət modeli haqqında qanun layihəsinin ilk müzakirəsinə başlayacağı gözlənilir. Almaniya Müdafiə Nazirliyi Bundesverin sayını 260.000 aktiv şəxsi heyətə, ehtiyat qüvvələrini isə 200.000-ə çatdırmağı hədəfləyir. Geri qayıt |