Əsas Səhifə > Dünya > “Çin köməyi kəssəydi, müharibə sabah bitərdi”

“Çin köməyi kəssəydi, müharibə sabah bitərdi”


Bu gün, 13:56

Müharibənin taleyi Çindən asılıdır.

Musavat.com xəbər verir ki, ABŞ-ın keçmiş vitse-prezidenti, hazırda prezident Donald Trampın xüsusi nümayəndəsi olan Kit Kelloq Ukrayna müharibəsi ilə bağlı sərt açıqlama verib.

Onun sözlərinə görə, Rusiyanın hazırkı mövqeyini qorumasında ən böyük pay Pekinə məxsusdur:
“Çinin dəstəyi olmadan Rusiya bunu edə bilməzdi. Əlbəttə, Şimali Koreya da var, amma Rusiya güclü vəziyyətdə olsaydı, minlərlə koreyalı hərbçini gətirməyə ehtiyac duymazdı”, – deyə Kelloq bildirib.

Diplomatın fikrincə, Çin Moskvanı dəstəkləməkdən imtina etsə, müharibə ən qısa zamanda başa çata bilər.


Geri qayıt