Əsas Səhifə > Dünya > Fransanın "mızqoyanlığı"

Fransanın "mızqoyanlığı"


Bu gün, 08:25

Ukrayna sülh arayışlarında mənə ən maraqlı gələn hadisə Fransa prezidenti Emmanuel Makronun iddialarıdır. Adam sülh danışıqlarının 3-tərəfli yox, 4-tərəfli formatda keçirilməsini tələb edir. Halbuki, istənilən danışıqlarda “mız qoyanların” sayı artdıqca ortaq fikrə gəlmək daha da çətinləşir. Hər halda biz Fransanın vasitəçiliyinin nəylə nəticələndiyi 30 illik Qarabağ işğalı zamanı görmüşük.
Paris etiraf etməlidir ki, II Dünya Savaşının yekunlarının ən ədalətsiz tərəfi onun da qaliblər sırasına salınması və BMT TŞ-nın 5 üzvündən birinə çevrilməsidir. Çünki o boyda Fransa II Dünya savaşında nəinki qalib gəlmək, hətta döyüşmək əzmi də göstərməmişdi. Almaniya onu cəmi 43 gün müddətində başdan-başa işğal etmişdi. Hətta savaş sonra sülh danışıqlarında Fransa nümayəndələrini qarşılarında görən faşist generallarından biri heyrətini gizlədə bilməmiş və fəryad çəkərək bildirmişdi: “Allahınız olsun, biz yəni Fransaya da uduzmuşuq?”.
Görünür, 80 il bundan əvvəl bir şans əsəri yediyi balın şirinliyi hələ də dodaqlarından çəkilməyən Fransa yenə də bal yemək eşqinə düşüb. Amma qorxuram, bu dəfə bal əvəzinə qabağına qaytara-qaytara yeyəcəyi başqa “təamlar” qoyalar.
Heydər Oğuz - "DİA-AZ"

Geri qayıt