Əsas Səhifə > Dünya > Lavrov üzərində “SSRİ” yazılmış sviterlə Alyaskada

Lavrov üzərində “SSRİ” yazılmış sviterlə Alyaskada


Bu gün, 11:11

Rusiya xarici işlər naziri ABŞ-nin Alyaska ştatına üzərində “SSRİ” yazılmış sviterlə gedib.

Teleqraf xəbər verir ki, görüntüləri “İzvestiya” teleqram kanalı yayıb.

Kadrda Rusiya xarici işlər nazirinin avtomobildən düşdüyü görünür, əynindəki ağ sviterin üzərində “SSRİ” ifadəsi diqqət çəkib.

Jurnalistlər Lavrovdan daha əvvəl Alyaskada olub-olmadığını soruşublar. Nazir müsbət cavab verib.

Qeyd edək ki, xarici işlər naziri bu gün ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin arasında keçiriləcək görüş üçün gecə saatlarında Alyaskaya gəlib.


Geri qayıt