Əsas Səhifə > Dünya > Çin Aİ-nin 18-ci sanksiyalar paketinə cavab tədbirləri hazırlayır

Çin Aİ-nin 18-ci sanksiyalar paketinə cavab tədbirləri hazırlayır


Bu gün, 08:08

Çin milli şirkətlərin hüquqlarını qorumaq üçün Avropa İttifaqının 18-ci anti-Rusiya sanksiyalar paketinə qətiyyətli tədbirlərlə cavab verəcək.

"Report" xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.

"Pekin təkid edir ki, Avropa tərəfi Çin müəssisələrini və maliyyə institutlarını sanksiya siyahısına daxil etmək kimi səhv hərəkətlərdən dərhal imtina etsin", - nazirliyin saytında dərc olunmuş bəyanatda vurğulanır.

“Çin şirkətlərinin qanuni hüquq və maraqlarını qətiyyətlə qorunacaq”, - nazirlik bəyan edib.


Geri qayıt