Əsas Səhifə > Dünya > ABŞ ordusu İranın nüvə obyektini sıradan çıxarıb

ABŞ ordusu İranın nüvə obyektini sıradan çıxarıb


Bu gün, 09:20

ABŞ Hərbi Hava Qüvvələrinin iyunun 22-də B-2 bombardmançıları ilə vurduğu İranın Fordo nüvə obyekti sıradan çıxıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

“Fordonun peyk görüntülərinin əlavə təhlili nüvə obyektinin ciddi zədələnməsi və ya məhv olması ehtimalını artırır. Havalandırma dəliklərinin yaxınlığında bunkerə nüfuz edən bombaların yaratdığı altı nəhəng dəlik var. Bundan əlavə, ətrafda irimiqyaslı daxili partlayışları göstərən qəlpə və kül görünür”, - məlumatda deyilir.

Xatırladaq ki, iyunun 22-nə keçən gecə Prezident Donald Tramp ABŞ ordusunun İrandakı üç nüvə obyektini (Fordo, Natanz və İsfahan) uğurla məhv etdiyini açıqlayıb. O bildirib ki, Tehran münaqişəni dayandırmağa razı olmalıdır.

İsrail İranın nüvə proqramına yönəlmiş əməliyyat çərçivəsində iyunun 13-dən İrana gündəlik zərbələr endirir.


Geri qayıt