Əsas Səhifə > Dünya > Rusiyanın işğalı rəsmiləşdirəcək ABSURD SÜLH ŞƏRTLƏRİ
Rusiyanın işğalı rəsmiləşdirəcək ABSURD SÜLH ŞƏRTLƏRİBu gün, 08:07 |
Rus nümayəndə heyəti İstanbul görüşündə Ukraynalı tərəf-müqabilləri qarşısında 5 şərt qoyub. "DİA-AZ" həmin şərtləri təqdim edir:
1. “Neytral” status: Ukrayna ərazisində xarici qoşunlar və ya kütləvi qırğın silahları olmamalıdır. Bu məsələdə “Avstriya neytrallıq modeli” əsas götürülməlidir.
2. Təzminat yoxdur: Hər iki tərəf müharibə nəticəsində dəymiş ziyana görə kompensasiya tələbindən imtina etməlidir.
3. Rusdillilərin hüquqları: Ukrayna azlıqların hüquqlarına dair Avropa standartlarını qəbul etməli və “millətçi təbliğata” son qoymalıdır.
4. Ərazilərin “tanınması”: Kiyev Moskvanın Ukraynaya məxsus beş vilayətə - Donetsk, Luqansk, Xerson, Zaporojya və Krıma qarşı “konstitusion” iddialarını inkar etməməlidi.
5. Dərhal geri çəkilmə: Ukrayna ordusu Rusiyanın özününkü hesab etdiyi 5 vilayətdən dərhal geri çəkilməlidir.
Geri qayıt |