Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Dünya > Özgürə hücum ÖZGÜRLÜYƏ HÜCUMDUR?
Özgürə hücum ÖZGÜRLÜYƏ HÜCUMDUR?5-05-2025, 08:25 |
![]() CHP lideri Özgür Özelə edilən hücum Türkiyə siyasətinə yad hal deyil, lakin hücumda suallar yaradan məqamlar da diqqətdən yayınmır. Hücum edən Selçuk Tengioğlu 2004-cü ildə uşaqlarını öldürdüyü üçün həbs olunub, 2020-ci ildə azadlığa çıxıb. Özel belə bir şəxsin hücumunun arxasında “başqalarının olduğunu” deyir. Həmin şəxs isə Özelə hücumunun səbəbinin CHP-dən yemək kartı ala bilməməsi və partiyanın “gəncləri küçələrə çağırması” olduğunu deyib. Maraqlıdır ki, CHP-yə yaxın solyönümlü “Evrensel” qəzeti 2004-cü ildə S.Tengioğlunun törətdiyi cinayəti “işsizliklə” əlaqələndirmişdi, Tengioğlu da Özələ hücumunu partiyadan “yemək kartı” ala bilməməsi ilə əlaqələndirir: vaxtilə müdafiə etdiyi şəxsin eyni “səbəblə” hücumuna məruz qalan Türkiyə müxalifəti “dejavu” yaşayır; Türkiyənin siyasi gündəmi hücuma məruz qalan Özelə fokuslanıb və bu, onun CHP-də əsas namizəd olmaq perspektivini gücləndirir. Namizədlik mübarizəsində İmamoğlunun önünün kəsilməsi, Özəlin yolunun açılması fonunda bu hücum və yaratdığı effekti xüsusilə maraqlıdır. Asif Nərimanlı - "DİA-AZ" Geri qayıt |