Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > AMERİKA ARADAN ÇIXIR?
Əsas Səhifə > Dünya > AMERİKA ARADAN ÇIXIR?

AMERİKA ARADAN ÇIXIR?


2-05-2025, 16:53
AMERİKA ARADAN ÇIXIR?
ABŞ-ın Rusiya-Ukrayna danışıqlarda vasitəçilik etməyəcəyini bəyan etməsi oyundan çıxmaqdan daha çox, tərəfləri sülhə məcbur etmək üçün “real vəziyyətlə” üz-üzə qoymaq gedişinə bənzəyir. Vaşinqtonun imtinası müharibənin davam etməsi fonunda da maraqlarına uyğun görünmür.
Birincisi, ABŞ geosiyasi müstəvidəki planlarına (xüsusilə Çinlə mübarizədə) görə Rusiya ilə anlaşmaq istəyir və bu, Ukrayna müharibəsinin həllindən keçir;
İkincisi, Ukrayna məsələsinin həll edilməməsi Vaşinqtonun digər prioritetlərinə - İrana fokuslanan Yaxın Şərq, Çinə fokuslanan Uzaq Şərqdəki hədəflərinə, eləcə də Amerikada kontinental planlarına diqqət ayırmasını çətinləşdirir;
Üçüncüsü, ABŞ-ın oyundan çıxması rəqiblərini – Avropa İttifaqı və Çinin təşəbbüsü ələ alması cəhdlərinə zəmin yarada bilər;
Ukrayna ilə “resurs anlaşması”nı imzalayan ABŞ-ın praktiki müstəvidə qazanc əldə etməsi də müharibənin dayanmasından keçir.
ABŞ-ın vasitəçilikdən imtinası danışıqların dayanması baxımından hər iki tərəfə mənfi perspektivlər vəd edir.
- Rusiya Tramp Amerikası ilə aanlaşma əldə edərək, Ukrayna müharibəsini müəyyən qələbə ilə başa çatdıra bilər: zəbt etdiyi ərazilər üzərində de-fakto nəzarəti qəbul olunur; sanksiyalar ən azı yumşala, beynəlxalq təcridən xilas ola bilər.
Bu, üç illik müharibədə Rusiyanın nail ola biləcəyi mümkün nəticələrdir, lakin danışıqların dayanması Moskvanı bundan məhrum edəcək.
- Ukrayna danışıqlar masasında qəbul etmədiyi tələblərə görə ABŞ-ın vasitəçilikdən imtina etməsində - prosesin dayanmasında maraqlıdır, lakin hadisələrin proqnozlaşdırılması çətin olan məcrada inkişaf etməsi riski də var. Müharibənin davam etməsi Ukraynanın ABŞ-ın hərbi yardımı olmadan – Avropa da alternativ dəstəyi təmin edə bilmir - Rusiyaya qarşı müqavimət imkanlarını sual altına salır.
Vaşinqtonun vasitəçilikdən imtinası tərəflərə bu reallığı praktiki olaraq nümayiş etdirmək məqsədi daşıyır. Mümkündür ki, ABŞ-ın qərarından sonra Rusiya və Ukraynanın qarşılıqlı hücumları şiddətlənəcək və Vaşinqton ən böhranlı anda “xilaskar” kimi qayıdaraq, sülh planını qəbul etdirməyə çalışacaq.

Asif Nərimanlı - "DİA-AZ"

Geri qayıt