Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Lavrov Rubio ilə telefonla danışıb
Əsas Səhifə > Dünya > Lavrov Rubio ilə telefonla danışıb

Lavrov Rubio ilə telefonla danışıb


28-04-2025, 04:59
Lavrov Rubio ilə telefonla danışıb
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefonla danışıb.

APA-nın Moskva müxbiri Rusiya XİN-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı intensivləşmiş Rusiya-Amerika siyasi dialoqunun əsas aspektləri üzrə məhsuldar fikir mübadiləsi davam etdirilib

AA xəbər verir ki, Lavrov və Rubio əsas diqqəti Ukrayna böhranına yönəldiblər. Ukraynada uzunmüddətli sülhə gedən yolda razılığa gəlməkdən ötrü danışıqlar üçün ilkin şərtlərin birləşdirilməsinin vacibliyini vurğulayıblar.

"Son zamanlar xeyli intensivləşmiş Rusiya-Amerika siyasi dialoqunun əsas aspektləri üzrə məhsuldar fikir mübadiləsi davam etdirilib. Əsas diqqət Ukrayna böhranı mövzusuna yönəldilib. Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uiitkoff arasında aprelin 25-dəki söhbətdən sonra Lavrov və Rubio uzunmüddətli davamlı sülhə doğru etibarlı yolun razılaşdırılması məqsədi ilə danışıqlara başlamaq üçün yaranan ilkin şərtlərin möhkəmləndirilməsinin vacibliyini vurğulayıbar.

Telefon danışığı zamanı bir sıra digər beynəlxalq məsələlərə də toxunulub. Bütün səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb",Rusiya XİN məlumatında qeyd olunub.
Geri qayıt