Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Dünya > Çin ABŞ ilə ticarət müharibəsində qalib gəlir
Çin ABŞ ilə ticarət müharibəsində qalib gəlir6-04-2025, 05:56 |
![]() ABŞ Prezidenti Donald Trampın başlatdığı ticarət müharibəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin qalib gəlir. “Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzetində dərc olunan məqalədə deyilir. Nəşr qeyd edir ki, ABŞ liderinin hərtərəfli tarifləri dünya düzənini bir çox cəhətdən dəyişəcək və bir qalib artıq ortaya çıxıb”. Məqalə müəllifləri hesab edirlər ki, Birləşmiş Ştatlar Avropa ölkələrini Çinlə iqtisadi əlaqələri zəiflətməyə inandırmaq üçün illər sərf edib, lakin indi ABŞ Prezidentinin hərəkətlərinə görə onların Pekinlə təmaslarını bərpa etməsi an məsələsidir. Bundan əlavə, Çin anti-ABŞ əhval-ruhiyyəsi artmaqda olan Asiya ölkələri üçün alternativ tərəfdaşa çevriləcək. Geri qayıt |