Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Dünya > Türkiyənin məqsədi də, gündəmi də, missiyası da artıq çox başqadı...
Türkiyənin məqsədi də, gündəmi də, missiyası da artıq çox başqadı...25-03-2025, 11:03 |
![]() Gözəl ölkəmin bəzi dayaz siyasi şərhçiləri, jurnalistləri, ictimai xadimləri, sözüm sizədir! Xüsusi ilə də sürüşgənliyi peşə seçənlərə, indidən burcutmağa başlayanlara, güya Ərdoğan sonrasına ayaq yeri eləməyə çalışanlara… Sizdə zərrə qədər fəhm, bəsirət, məntiq və təfəkkür qabiliyyəti olsa idi, məlum TV-lərin həşirinə və Saraçhanədəkilərin qışqırığına baxıb reallıq hissini və Türkiyə cəmiyyətinin nəbzini itirməzdiniz. Hə, arzunuz, xəyalınız, qarın ağrınız başqadırsa, o başqa. Deyim, bilin. Bu, hazırda gördüyünüz həşir və həşirə uyan yüzminlər uzağı 4-5 günə tədricən sovrulacaq. Hazırda İmamoğluna elan edilən ittiham aktının detallarının ictimailəşdirilməsinə qadağa var, o qadağa ləğv ediləcək və detallar ortalığa töküləcək. Artıq bağırmaqla, şantajlarla davam eləmək mümkün olmayacaq. Gündəm konkret ittiham təfərrüatları olacaq. Məhz buna görə də fürsət bu fürsətdir deyib, Özgür Özəl, Mansur Yavaş və arxa planda da Kılıçdaroğlu maksimum özlərini göstərib öz tərəfdarları arasında reytinq toplayırlar. Vaxt keçdikcə öz aralarındakı əsl intriqa daha çox görünən olacaq, maskalar cırılacaq… İmamoğlu qətiyyən azadlığa çıxmayacaq, ən az 6-7 il içəridədi. AKP və Ərdoğan da bu baş verənlər səbəbiylə hakimiyyəti itirməyəcək. Ərdoğan bundan sonra həyatının sonuna qədər Türkiyəyə rəhbərlik edəcək. İstənilən seçkidə qalib yenə də Ərdoğan olacaq. Bəs bu baş verən nə idi? O idi ki, dövlətin əsl sahibləri növbəti şəbəkələşməni iməkləməkdən, yeriməyə keçdiyi bir məqamda, yerindəcə boğdu. Daxili prosesləri, siyasi ambisiyaları boş verin. Türkiyənin məqsədi də, gündəmi də, missiyası da artıq çox başqadı. Yaşayıb görəcəyik … Turan İbrahimov - "DİA-AZ" Geri qayıt |