Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Tramp Minskdə görüşə razılaşarsa...
Əsas Səhifə > Dünya > Tramp Minskdə görüşə razılaşarsa...

Tramp Minskdə görüşə razılaşarsa...


5-03-2025, 16:28
Tramp Minskdə görüşə razılaşarsa...
Belarus Prezidenti Aleksandr Lukaşenko Trampın ünvanına müsbət fikirlər söyləməklə, rusiyalı həmkarı kimi ABŞ-la münasibətlərin normallaşmasına və ona qarşı da tətbiq edilən sanksiyaların yumşalmasına ümid edir. Lukaşenkonun “Tramp, Putin və Zelenskini danışıqlar aparmaq üçün Minskə dəvət edirəm” təklifinin arxasında bu amil dayanır. Rusiya Prezidenti Vladimir Putin sözçüsü Dmitri Peskov vasitəsilə Lukaşenkonun təklifinə dərhal “hə” deyib. Vaşinqtondan xəbər yoxdur. Tramp Minskdə görüşə razılaşarsa, Lukaşenko həm sanksiyaların yumşalmasına, həm də Rusiya ilə Ukrayna arasında mümkün atəşkəs razılaşmasında rolunun artmasına ümidlənəcək. Fikrimcə, Tramp yenə də Səudiyyə Ərəbistanına üstünlük verəcək. Vaşinqton liderlərin görüş yeri kimi Türkiyə və ya Macarıstana da üstünlük verə bilər.

Elxan Şahinoğlu - "DİA-AZ"

Geri qayıt