Əsas Səhifə > Dünya > Öcalanın `TƏSLİM OLUN` çağırışı və...
Öcalanın `TƏSLİM OLUN` çağırışı və...Bu gün, 08:33 |
![]() Öcalanın PKK-nı silahı yerə qoymaq çağırışı Türkiyənin terrora qarşı mübarizədə tarixi nəticələrindən biri hesab oluna bilər. Bu çağırış terrorçuların tam şəkildə silahı yerə qoyması ilə nəticələnməsə də, siyasi-ideoloji müstəvidə ciddi nəticələri olacaq. 1. PKK ideologiyasını bölüşənlər arasında parçalanmalar yaradacaq; 2. Türkiyə siyasətində “kürd məsələsi” ətrafındakı elektorat da parçalanma perspektivi ilə üzləşəcək: bu, Qəndilə bağlı siyasi qrupları neytrallaşdıra, yaxud təsir gücünü azalda bilər; 3. PKK liderlərinin mənzilləndiyi Qəndilin Türkiyə siyasətinə təsiri böyük ölçüdə azaldacaq; 4. PKK-nın Suriya və İran qanadının Türkiyəyə təsirlərini azaldacaq: parçalanmış qruplaşmaya qarşı mübarizə daha effektli ola bilər; 5. PKK-nı Türkiyə daxilində və sərhədlərində praktiki olaraq sıradan çıxaran rəsmi Ankara Qəndilin siyasi təsirlərini də aradan qaldırmaqla siyasi-ideoloji təhlükəsizliyini gücləndirəcək; 6. PKK-dan, onun ideologiyasından Türkiyəyə qarşı siyasətdə istifadə edən qüvvələrin-ölkələrin rıçaqları zəifləyəcək; Qəndilin Öclanın çağırışını qəbul etməyəcəyi, silahlı aktlara davam edəcəyi bəllidir. İstisna deyil ki, Qəndil və PKK-da “sərmayəsi” olan qüvvələr “müqaviməti” davam etdirmək və Öcalan planını pozmaq üçün Türkiyədə yeni terror aktlarına cəhdlər edəcək. Asif Nərimanlı - "DİA-AZ" Geri qayıt |