Əsas Səhifə > Dünya > Putin getməyə hazırlaşır: yerinə məşhur qadın gələ bilər
Putin getməyə hazırlaşır: yerinə məşhur qadın gələ bilərBu gün, 06:38 |
Ukrayna müharibəsi müddətində zaman-zaman gündəmə gələn bir məsələ də Rusiya Prezidenti Vladimir Putinin varisinin kim olacağıdır. Son aylarda Rusiya liderinin ailə üzvləri, qohumları “kölgədən” çıxmağa başlayıblar. Onların ictimaiyyətdə artan aktivliyi daha çox Ukraynanın bəzi ərazilərinin işğalından sonra Rusiya siyasi elitasındakı dəyişiklik və perspektivlərlə izah olunur. Putin varis planını işə salır? Kreml elitası buna necə reaksiya verəcək? Globalinfo.az-a danışan politoloq Sultan Zahidov deyib ki, Rusiyada uzun illərdir, siyasi elita daxilində hakimiyyət uğrunda mübarizə var: “Putinə yaxın klanlar, oliqarxlar arasında hakimiyyətə gəlmək uğrunda savaş gedir. Bu günə qədər Rusiya lideri tərəflərə balanslı davranaraq status-kvonu qorumağa çalışıb. İndi vəziyyət daha fərqli və mürəkkəbdir. Rusiya 3 ildir Ukrayna müharibəsindədir, ölkə daxilində sosial, iqtisadi problemlər artmağa doğru gedir. Hakimiyyət daha çox çat verdiyindən siyasi elitaların Putinə qarşı qalxma ehtimalı artıb. Buna Priqojin üsyanını misal göstərmək olar”. Politoloq xatırladıb ki, son vaxtlar Putinin qızları meydana çıxmağa başlayıb: “2024-cü ildə onun kiçik qızı Katerina Tixonova və böyük qızı Mariya Vorontsovanın fərqli-fərqli tədbirlərdə müsahibələr verməsi, ictimaiyyət üçün maraqlı mövzulara toxunması diqqət çəkdi. İddia edildi ki, Putin özündən sonra qohumlarını, qızlarını varis kimi görür. Lakin bunun həqiqət olduğunu düşünmürəm. Putinin qızları heç vaxt siyasətlə məşğul olmayıblar. Biri həkim, digəri ictimai fəal, idmançı statusuna malikdir. Putin yaşının çoxluğunu nəzərə alır. Gələcəkdə həm özünün, həm də yaxınlarının təhlükəsizliyini təmin etmək üçün, yəqin ki, bir varis seçib. Varisin kim olacağı ilə bağlı fərqli versiyalar var. Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşevin oğlu Dmitri Patruşev, “Milli Media Qrupu” holdinqinin Direktorlar Şurasının rəhbəri Alina Kabayeva və digərlərinin adları var. Bir çox mütəxəssislərə görə, real namizəd Aleksey Dumindir. O, Putinə loyallığı ilə seçilir. 2014-cü ildə Krımdakı xüsusi əməliyyatlara da o rəhbərlik edirdi”. Geri qayıt |