Əsas Səhifə > Dünya > Bayden Trampa qədər nüvə savaşı başladacaq

Bayden Trampa qədər nüvə savaşı başladacaq


Bu gün, 07:07
Bayden Trampa qədər nüvə savaşı başladacaq
ABŞ Prezidenti Co Bayden Donald Tramp vəzifəyə başlamazdan əvvəl nüvə müharibəsi başlamağa qadirdir.

Axar.az xəbər verir ki, bu sensasiyalı bəyanatı hərbi analitik, ABŞ ordusunun sabiq kəşfiyyatçısı Skott Ritter sosial şəbəkə hesabında paylaşıb.

“Kamala Harris bizi bir il ərzində Rusiya ilə nüvə müharibəsinə sürükləyərdi. Co isə 2025-ci il yanvarın 20-nə qədər bunu edəcək”, - o yazıb.

Ekspertin sözlərinə görə, Amerika xalqı seçkilərdə sübut edib ki, müharibənin əleyhinədir, lakin Bayden xalqın fikrinə məhəl qoymur, Ukraynada münaqişəni qızışdırır.

"O, bizim ölümümüzə səbəb olacaq".

Qeyd edək ki, Donald Tramp vəzifəsinin icrasına 20 yanvar 2025-ci ildə başlayacaq.
Geri qayıt