Əsas Səhifə > Dünya > Ruslar yenidən hücumda: Ukraynanın daha bir yaşayış məntəqəsi işğal olunub
Ruslar yenidən hücumda: Ukraynanın daha bir yaşayış məntəqəsi işğal olunub14-11-2024, 10:31 |
Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı müharibəsi davam edir. Rus ordusu Donetsk vilayətinin İlyinka kəndini də işğal edib. Reyting.az xəbər verir ki, məlumatı “DeepState” layihəsi yayıb. “Düşmən İlyinkanı işğal edib, həmçinin Novodonetsk, Trudovoy (Donetsk vilayəti) və Kupyansk (Xarkov vilayəti) yaxınlığındakı Dalnıda irəliləyib”, - məlumatda deyilir. Bundan əlavə, rus ordusu Ukrayna Müdafiə Qüvvələrini Rusiya Federasiyasının Kursk vilayəti ərazisindən çıxarmaq cəhdlərindən əl çəkmir. Novoivanovka bölgəsinə gün ərzində 5 hücumu qeydə alınıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir ki, noyabrın 13-də saat 22:00-a olan məlumata görə, artıq cəbhədə 151 hərbi toqquşma baş verib. Son 24 saat ərzində ən gərgin istiqamətlər Pokrovskoye və Kuraxovskoye olub. Müvafiq olaraq 36 və 40 hərbi toqquşma qeydə alınıb. Bundan başqa, ruslar Xarkov vilayətinin Kupyansk yaxınlığında Ukrayna müdafiəsini yarmağa cəhd ediblər. Bu hərəkətlərin qarşısı Müdafiə Qüvvələri tərəfindən alınıb. Geri qayıt |