Əsas Səhifə > Dünya > Tramp Maska vəzifə verdi
Tramp Maska vəzifə verdiDünən, 09:29 |
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp milyarder İlon Maskı və sahibkar Vivek Ramasvamini "Dövlət İdarəçiliyinin Effektivliyi Departamenti"nin rəhbərləri təyin edib. Musavat.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb. “Bu iki görkəmli amerikalı birlikdə Administrasiyamda hökumət bürokratiyasını aradan qaldırmaq, həddindən artıq tənzimləmələri, israfçı xərcləri azaltmaq və federal agentliklərin yenidən qurulması yolunda önəmli addımlar atacaq”, - Tamp deyib. O, yeni idarəni atom bombasının yaradıldığı Manhetten layihəsi ilə müqayisə edib. Tramp qeyd edib ki, Mask və Ramasvami hökumətdən kənar məsləhətlər və təlimatlar verəcək, geniş miqyaslı struktur islahatları aparmaq və hökümətdə indiyə qədər görülməmiş sahibkarlıq yanaşması yaratmaq üçün Ağ Evin İdarəetmə və Büdcə Ofisi ilə əməkdaşlıq edəcəklər. Geri qayıt |