Əsas Səhifə > Dünya > Rusiya ilə Ukrayna arasında danışıqlar başlayıb
Rusiya ilə Ukrayna arasında danışıqlar başlayıbBu gün, 10:12 |
Kiyev və Moskva enerji infrastrukturuna aviazərbələrin qarşılıqlı dayandırılması ilə bağlı danışıqlar aparır. Reyting.az xəbər verir ki, bunu “Financial Times” qəzeti məsələ ilə tanış olan mənbələrinə istinadla yazıb. Adının çəkilməsini istəməyən Ukrayna rəsmisi deyib ki, belə bir razılaşma hər iki ölkənin maraqlarına cavab verir. Jurnalistlər isə qeyd ediblər ki, Ukrayna qüvvələri Kursk vilayətinin ərazisində olduğu müddətdə Rusiya prezidenti Vladimir Putin belə şərtlərlə razılaşmaya bilər. Bundan əlavə, Ukrayna hələ ki, Rusiya Federasiyası ərazisində neft emalı obyektlərinə hücumları dayandırmaq niyyətində deyil. Xatırladaq ki, Ukraynanın Kursk vilayətinə hücumu zamanı Qərb mediası yazmışdı ki, yayda Kiyev və Moskva enerji obyektlərinə hücumların qarşılıqlı dayandırılmasını müzakirə etməyi planlaşdırıblar. Geri qayıt |