Əsas Səhifə > Dünya > “Ukraynanın Kurskda ümumi itkiləri 25 min nəfərdən çoxdur”

“Ukraynanın Kurskda ümumi itkiləri 25 min nəfərdən çoxdur”


Dünən, 16:07
“Ukraynanın Kurskda ümumi itkiləri 25 min nəfərdən çoxdur”
“Kursk vilayətində hərbi əməliyyatlar başlayandan bəri Ukrayna Silahlı Qüvvələri 25 mindən çox hərbi qulluqçusunu itirib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Ümumilikdə, Kursk istiqamətində gedən döyüşlər zamanı düşmən 25 050-dən çox hərbi qulluqçu, 167 tank, 83 piyada döyüş maşını, 103 zirehli transportyor, 964 zirehli döyüş maşını, 660 texnika, 210 artilleriya qurğusu itirib”, - məlumatda deyilir.
Geri qayıt