Əsas Səhifə > Dünya > Liviyada dövlət çevrilişi cəhdinin qarşısı alınıb
Liviyada dövlət çevrilişi cəhdinin qarşısı alınıb13-02-2014, 09:52 |
Liviyada dövlət çevrilişinə cəhd edən 30 zabitin saxlanılması ilə bağlı məhkəmə qərarı verilib. SalamNews–un "əl-Cəzirə” telekanalına istinadla verdiyi xəbərə görə, bu barədə ölkə müdafiə naziri bildirib. Məlumata əsasən, çərşənbə axşamı paytaxt Tripolidə əsasən sabiq qiyamçılardan ibarət 60 zabit və mülki şəxslər ölkədə çevrilişin həyata keçirilməsi və inqilab şurasının yaradılmasına cəhd ediblər. Ölkədə çevriliş barədə xəbərin yayılmasından sonra sabiq qiyamçılardan ibarət bir neçə silahlı dəstə paytaxta tərəf hərəkət edib. Ekspertlərin fikrincə, adları açıqlanmayan zabitlərin həbs ediləcəyi təqdirdə, Liviyada siyasi və təhlükəsizliklə bağlı vəziyyət daha da gərginləşəcək. Geri qayıt |