Əsas Səhifə > Dünya > İsveçrə qapılarını bağladı
İsveçrə qapılarını bağladı10-02-2014, 09:33 |
İsveçrədə fevralın 9-da keçirilmiş mühacir referendumunun ilkin nəticələri açıqlanıb. “Media forum” saytının məlumatına görə, respondentlərin 50,3 faizi ölkəyə kənardan, o cümlədən Avropa İttifaqından mühacirlərin gəlişi şərtlərinin ağırlaşdırılmasına səs verib. Referendum İsveçrə Xalq Partiyasının təşəbbüsü ilə keçirilib. Partiyanın əsas arqumenti 2013-cü ildə əhalinin mühacirlərin hesabına 80 min nəfər artması olub. Başqa bir arqument qiymətlərin artması, səhiyyə xidmətlərində problemlərin ortaya çıxmasıdır. Avropa İttifaqının üzvü olmayan İsveçrə 2002-ci ildə bu qurumla sərbəst gediş-gəliş, 2004-cü ildə isə azad ticarət anlaşması imzalayıb. 9 fevral referendumunun nəticələri həmin anlaşmaların hüquqi qüvvəsini şübhə altına alır. Geri qayıt |