Əsas Səhifə > Dünya > Azərbaycanlı iş adamı bi saatlıq xəstəxanaya aparılıb
Azərbaycanlı iş adamı bi saatlıq xəstəxanaya aparılıb31-01-2014, 11:22 |
Dekabrın 17-də rüşvət və qaçaqmalçılıq əməliyyatında həbs olunaraq Metris həbsxanasına yerləşdirilən iş adamı Rza Zərrab xəstəxanaya aparılıb. “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zərrab yanvar 23-də şiddətli diş ağrısı çəkdiyini həbsxana gözətçilərinə bildirib və o, həbsxananın tibb məntəqəsinə aparılıb. Həbsxana həkimi Zərrabın diş həkimi tərəfindən müalicə edilməsini məsləhət görüb və iş adamı Okmeydanı Təhsil və Araşdırma Xəstəxanasına göndərilib. Bir saat müalicə və ağrıkəsici iynə vurulduqdan sonra Zərrab həbsxanadakı kamerasına qaytarılıb. Geri qayıt |