Əsas Səhifə > Dünya > "Stilistlər"dən Zelenskiyə tənqid: Baydenə hörmətsizlik, yoxsa...

"Stilistlər"dən Zelenskiyə tənqid: Baydenə hörmətsizlik, yoxsa...


27-12-2022, 08:33
"Stilistlər"dən Zelenskiyə tənqid: Baydenə hörmətsizlik, yoxsa...
Bütün dünya Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-a rəsmi səfərini, amerikalı həmkarı Co Baydenlə görüşünü izlədi. Əgər Ukrayna dövlətinin başçısının çıxışını və mühüm görüşlərinin, danışıqlarının nəticələrini xalqımızın ağıllı beyinləri yüksək dəyərləndirsə də, dar düşüncəli insanları vaxtlarını onun geyimini tənqid etməyə sərf etdilər. Sən demə, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının görünüşü uyğun deyilmiş.

Zelenskinin timsalında "moda mütəxəssisləri" və "stilistlər"in xoşuna nə gəlməyib? Hərbi üslubda geyim bu səviyyəli səfərlər üçün uyğun deyilmiş. Prezidentin şalvarı onlara idman şalvarını xatırladıb, köynəyi isə yerində olmayıb. Bəziləri yazır ki, idman zallarında idman geyimi, səngərlərdə kamuflyaj, evdə xalat, siyasi məclislərdə isə kostyum-qalstuk olmalıdır. Digərləri isə bu geyim seçimini amerikalı tərəfdaşlara hörmətsizliyin təzahürü kimi qiymətləndirdilər. Hətta hesab edənlər var ki, xaki rənginin özü müharibə aparan dövlətin başçısı üçün olduqca normaldır, lakin bu rəngdə sviter və xaki şalvar deyil, kostyum seçmək lazım idi.

Vətəndaşlar, siz ciddisiniz? İndi gəlin lazımsız emosiyaları atıb, mümkün qədər beynimizi işə salaq və Ukrayna dövlətinin başçısının görünüşünü anlamağa çalışaq. Ukrayna 305 gündür ki, rus qoşununa müqavimət göstərir. Bütün bu müddət ərzində onun Prezidenti ölkəni tərk etmir, xalqa müraciətlər ünvanlayır, cəbhənin ən qaynar nöqtələrinə səfərlər edir, işğaldan azad edilmiş ərazilərin sakinləri ilə görüşür. Tammiqyaslı işğalın ilk günündən etibarən Zelenski 24 fevral 2022-ci ilə qədər bizə tanış olan kostyum və köynəklərini hərbi geyimə dəyişdi. Və bu, təkcə geyim deyil, həm də güclü bir mesajdır. Bəs niyə fürsət düşən kimi bu mesajı beynəlxalq arenada yayımlamayaq?

Ukrayna dövlətinin başçısı ABŞ-a səfəri zamanı hərbi imici ilə dünyaya hansı siqnalları verdi? Mən sadalayım: bizdə çoxlu qurbanlar olan böyük miqyaslı, real müharibə gedir; Putin ordusuna və Kreml rejiminə cəsarətlə qarşı çıxan insanlardan biri olmaqdan qürur duyuram; mən siyasi cəbhənin döyüşçüsüyəm; kostyum və ağ köynək - indi bu, lazım deyil, bu geyimi sadəcə qazanmaq lazımdır. Zelenski bunları deyir – geyimi ilə.



Bilməyənlər üçün: Zelenskini sonuncu dəfə ağ köynək və kostyumda 24 fevral 2022-ci ildə görüblər, ondan sonra isə yalnız “hərbi komissar” görkəmindədir. Bu cür geyim seçimi ondan xəbər verir ki, Ukrayna Prezidenti hətta xarici səfərlər zamanı da ətrafındakı hər kəsə xatırladır: ölkəmiz öz müstəqilliyimizi qoruyuruq, bunun üçün Rusiya ilə hər dəqiqə müharibə aparırıq!

Elə oldu ki, bəzi ukraynalılar nədənsə məzmuna yox, formaya diqqət yetirirlər. Bəs həm Baydenin, həm də Zelenskinin yekun bəyanatları öz sözünü demirmi? Ukrayna Prezidentinin xarici görkəmini tənqid edənlər, siz iki dövlət başçısının nə barədə razılığa gəldiyini heç düşündünüzmü? Bu görüşün nəticələrinin inanın mənə, Ukrayna liderinin hansı paltar geyinməsindən - işgüzar kostyumda və ya hərbi formada – olmasından asılı deyil. Geyim ölkəmizə ABŞ hava hücumundan müdafiə sisteminin “qızıl standartı” olan “Patriot” sistemini almağın yanında kölgədə qalan məsələdir. Bununla Bayden öz mövqeyini açıq şəkildə nümayiş etdirir və deyir: sivil dünya qalib gəlməlidir. Zelenski isə vurğuladı ki, Amerikanın köməyi böyükdür, xüsusən də belə kömək üçün qısa müddətə də olsa, ölkəni tərk edə bilər.

Ən nəhayət: müharibə şəraitində olan ölkədə Prezident xaricə səfərə kostyum geyinmək üçün yox, qələbəmizi yaxınlaşdıracaq məqamlarda razılığa gəlmək üçün gedir. Zelenskinin konkret mesaj daşıyan tamamilə məntiqli və düşünülmüş obrazından yapışmaq vaxt itkisidir. Tənqidləriniz əvəzinə Ukrayna Silahlı Qüvvələrinə ianə vermək daha yaxşıdır, bu siz və ətrafınızdakılar üçün daha faydalı olacaq!

Hamıya sülh və tezliklə Zelenskini köynək- kostyumda görməyi arzulayıram!

Müəllif: Olqa Robeyko
Mənbə: UNİAN
Qeyd: tərcümə AYNA-ya məxsusdur.

Geri qayıt