Əsas Səhifə > Dünya > “Son sutkada Rusiyanın 9 PUA-sı vurulub”
“Son sutkada Rusiyanın 9 PUA-sı vurulub”24-12-2022, 09:13 |
“Son sutkada Rusiyanın 9 PUA-sı vurulub”. DİA.AZ “Report”a istinadla xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında yazılıb. Bildirilib ki, qarşı tərəf itkilər verməkdə davam edir: “Düşmənin 70-dən çox hərbçisi yaralanıb. Məhv edilənlərin sayı dəqiqləşdirilir. Ukrayna aviasiyası gün ərzində şəxsi heyətin cəmləşdiyi ərazilərə və zenit-raket komplekslərinə 13 zərbə endirib”. Həmçinin bildirilib ki, Ukrayna Müdafiə Qüvvələrinin raket qoşunları və artilleriya bölmələri 2 idarəetmə məntəqəsini, 2 sursat anbarını və Rusiya Silahlı Qüvvələrinin canlı qüvvəsinin cəmləşdiyi 11 ərazini vurub. Geri qayıt |