Əsas Səhifə > Dünya > Putin Lukaşenkonu arxasınca sürüyə biləcəkmi?

Putin Lukaşenkonu arxasınca sürüyə biləcəkmi?


20-12-2022, 08:50
Putin Lukaşenkonu arxasınca sürüyə biləcəkmi?
DİA.AZ: - "Rusiya prezidenti Vladimir Putinin 3 illik fasilədən sonra Belarusa səfəri Ukraynada apardığı işğalçı müharibə ilə əlaqəlidir. Kreml sahibi Belarusu da Ukraynaya qarşı işğalçı müharibəyə sürükləmək istəyir". DİA.AZ bildirir ki, bunu siyasi analitik Elxan Şahinoğlu Rusiya prezidentinin Minsk səfərini şərh edərkən qeyd edib.

Ekspert daha sonra bildirib: "Rusiya onsuz da Belarus ərazisindən zaman-zaman Ukraynaya qarşı istifadə edir. Ancaq Putin bu dəfə Belarusdan artığını istəyir. Belarus prezidenti Aleksandr Lukaşenko nə qədər müharibədən məsafə saxlamağa çalışsa da, getdikcə Putinin istəyini qulaqardına vurmaqda çətinlik çəkir, Kreml Minskdən Rusiyadan aldığı ucuz enerji və kreditlərin qarşılığını istəyir.

Lukaşenkodan başqa sadə belaruslar və belaruslu generallar da savaşa qatılmaq, Putinin şəxsi müharibəsində iştirak etmək, itki vermək istəmirlər. Lukaşenko qərarla bağlı vaxtı uzatmağa çalışacaq, ancaq müharibədə yerində sayan Putin ondan əl çəkən deyil".

Geri qayıt