Əsas Səhifə > Dünya > Çar generalların qətliamını hazırlayır:

Çar generalların qətliamını hazırlayır:


12-10-2022, 08:26
Çar generalların qətliamını hazırlayır:
Tanınmış rusiyalı politoloq və publisist Andrey Piontkovski Putinin nüvə şantajının arxasında nələrin dayanmasından, buna görə Rusiya Prezidentinin generallara qarşı kütləvi qırğın hazırlamasından, Ağ Evdə hansı mübarizənin getdiyindən danışıb. DİA.AZ politoloqun UNİAN-a müsahibəsini AYNA-ya istinadla təqdim edir:

- Co Bayden dedi ki, Rusiya nüvə silahından istifadə edərsə, ABŞ “Armageddon” təşkil edəcək. Sizcə bu nə ola bilər?

- Bunu demədi. Orada “Armageddon” sözü səslənmədi. Nüvə silahları haqqında bu söhbətdən bezmişəm. Üstəlik, bu, “günün qəhrəmanı”nın - Putinin blefidir. Artıq bir neçə aydır ki, bu mövzulardan danışıram. Mənim fikrim həmişə belə olub ki, Putinin Ukraynada taktiki nüvə silahından istifadə etmə ehtimalı son dərəcə aşağıdır. Bu fikri dəstəkləmək üçün mənim üç arqumentim var və son günlər baş verən hadisələrdən, o cümlədən Bayden, Sullivan, Blinkenin bəyanatları və Moskvanın cavabından sonra bunun mümkün olmadığına inamım daha da güclənir.

Birincisi, nüvə zərbəsinin heç bir hərbi əhəmiyyəti yoxdur. Bu sadəcə ağır cinayətdir. Tutaq ki, Putin Ukraynanın hansısa şəhərini dağıdıb. On minlərlə, bəlkə də yüz minlərlə insan öləcək. Bəs Ukrayna müqaviməti dayandıracaq? Qərb ona dəstəyi dayandıracaq? Əlbəttə, xeyr. Əksinə, reaksiya daha güclü olacaq. Hərbi baxımdan bunun heç bir mənası yoxdur. Nüvə zərbəsi Rusiya üçün bir hərbi problemi həll etmir.

İkincisi, bunun ardınca Rusiyaya qarşı çox ağır cəza gələcək. ABŞ ordusu bu barədə rusiyalı həmkarlarına dəfələrlə xəbərdarlıq edib və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli bu barədə Rusiya Baş Qərargahının rəhbəri Valeri Gerasimovla danıçıb, Ostin isə bəyanat verib. Bayden keçən həftə üç dəfə dedi: "Putin - etmə, etmə, etmə".

Putin sentyabrın 19-dan çılğın eskalasiya, səfərbərlik, ilhaq elan edərkən, boru kəmərlərini partladıb yenidən nüvə silahı ilə təhdid etməyə başlayanda, 2 oktyabr bazar günü amerikalılar, xüsusilə, Sullivan və Blinken bəyanat verdilər. Biz bu insanların ABŞ administrasiyasından bir qədər fərqli fikirlərin səsləndirmələrinə öyrəşmişik. Ostin və Blinken Ukraynanın əsl dostlarıdır. Ostin iyunun 25-də bir daha bəyan edib ki, ABŞ-ın bu müharibədə məqsədi Ukraynanın qələbəsi, onun ərazi bütövlüyünün tam bərpası və Rusiyanı o dərəcədə zəiflətməkdir ki, o, heç vaxt bir də təcavüzə cəhd etməsin. Bu, onun hər zaman təkrar etdiyi bəyanatdır.

Ertəsi gün Sallivan danışır və deyir ki, ABŞ-ın məqsədi Ukraynanın məğlubiyyətinin qarşısını almaqdır. Bu fərq təkcə stilistik deyil, həm də praktik əhəmiyyətə malikdir. Hər bir yardım paketi ilə Sllivan ya bu yardımın bir hissəsini kəsməyə, ya da bəzi kritik hissəni aradan qaldırmağa çalışır. Bəzən də uğur qazanır. Artıq hər kəs 300 km mənzilli HIMARS üçün ATACMS raketlərini ötürüb-ötürməməsinin müzakirəsindən yorulub. Demək olar ki, Bayden administrasiyası daxilində mübarizə gedir.

Kremldə nüvə silahının istifadəsinə reaksiya ilə bağlı heç bir şübhə olmasın deyə, Bayden Kremlə tam aydın mesaj çatdırmaq üçün həm Sullivan, həm də Blinkeni xüsusi olaraq sərbəst bəyanatlar verməyə icazə verib... Sullivan Rusiyaya nüvə silahının istifadəsinə reaksiya verəcəyi təqdirdə, fəlakətli nəticələr vəd etdi. Ukraynaya nüvə hücumunu Blinken “dəhşət” adlandırdı. Bunlar səhnələşdirilmiş müsahibələr idi. Müxbir administrasiyanın dəqiq planlarının və protokollarının olub-olmadığını soruşdu. Cavab verdilər: "Bəli, var. Bu barədə rusiyalı həmkarlarımıza məlumat vermişik, onlar da bunu yaxşı bilirlər".

- Yəni cavab veriləcək...

- Əlbəttə, ki... ABŞ rəsmilərinin açıqlamasından bir gün sonra ehtiyyatda olan generallar Hodges və Petreus dedilər ki, ilk yarım saatda Rusiyanın Qara dəniz donanması və onun sahildəki bütün bazaları məhv ediləcək. Əgər bu, Moskvada təəssürat yaratmasa, o zaman bir neçə gün ərzində Ukrayna ərazisində yerləşən bütün rus qrupu odda yandırılacaq. Heç bir halda ABŞ nüvə silahı ilə cavab verməyəcək, çünki bu, mənasız terror cinayətidir. Amma rusları daha ağır cəzalandıracaqlar. Onlar öz böyük şərti üstünlüklərindən istifadə edirlər.

Bundan əlavə, nüvə başlıqlarının atılacağı yerlərə də zərbələr endiriləcək. Birmənalı şəkildə eyham vurdular ki, bu, şəxsən Putin üçün pis nəticələnəcək. Sadə dilə tərcümə edilərsə, bu o deməkdir ki, Putin öldürüləcək. Təəssürat budur. Bundan sonra Moskvanın nüvə ritorikası kəskin şəkildə azaldı.

Mən iki arqument gətirdim: birincisi, bunun hərbi baxımdan heç bir mənası yoxdur; ikincisi - çox ağır cəza gələcək. Burada mənə etiraz edə bilərlər ki, Putin dəlidir, o, dedi: “Onların hamısı öləcək, biz də cənnətə gedəcəyik”. Amma o, şəhid deyil, həyatı çox sevir. Koronavirus zamanı sərsəm paranoya ilə özünə qulluq edirdi. Uzun masalar, deputatlar üçün bir həftəlik karantinlər... O, özünü çox sevir və qiymətləndirir.

Üçüncü səbəb isə stolun üzərində basacağı düymənin olmamasıdır. Nüvə strateji silahlarının istifadəsi taktiki silahlardan daha çətindir. Bunun üçün bir sıra əmrlər tələb olunur. Onların hamısı anbardadır. Bütün bu hərəkətləri Amerika kəşfiyyatı müşahidə edir. Nüvə atmaq üçün onlarla zabit cəlb olunmalıdır ki, onların hamısı dəli olmalıdır.

- Yəni ki, Kreml rəhbəri blef edir...

- Bu mövzu, silah tədarükü ilə bağlı Ağ Evdə gedən mübarizəyə təsir etmək üçün şişirdilib. Hələlik ATACMS-lər verilməyib, çünki Kremli qıcıqlandırmaq istəməyənlər var. Onlar deyirlər: gəlin Putini təhrik etməyək. Müharibədən sonra “Ukrayna Qəhrəmanı” adına layiq görülməli olan siyasətçilər təzyiq altındadır. Bu, əlbəttə ki, Blinken və Ostindir. Masklar (İlon Mask - red), Roma papaları, KQB-nin təxribatları...

- İlon Mask "Xruşşovun səhvi" ifadəsini bilən bir növ autist mühəndisdir. Həmkarlarım hesablama apardılar və müəyyən etdilər ki, bəzi naməlum investorlar Maskın şirkətinə bir neçə milyard dollar sərmayə qoyublar. Onun bəyanatı bununla əlaqədardır?

- Ona göstəriş verilib: “Mən Ukraynanı dəstəkləyirəm, amma üçüncü dünya müharibəsinin əleyhinəyəm”. Yəni bu, o deməkdir ki, heç bir halda ATACMS verilməsin, ümumiyyətlə, silahlarımız, “Leopard” tanklarımız az verilsin, Zelenski atəşkəslə bağlı danışıqlara məcbur olsun. Nüvə silahları haqqında bütün bu söhbətlərin yeganə məqsədi budur.

- Sizcə, bütün bu mübahisələr Ukraynaya “Lend-liz” çərçivəsində silah verilməsinə təsir edəcəkmi?

- General Zalujnı bu barədə çox gözəl yazıb. Amerikalı həmkarlarına ünvanlı müraciət edib. Düşünürəm ki, bu, Milli və Ostinin öz mövqelərini gücləndirmək istəyi ilə yazılıb. Zalujnı yazır ki, rus hərbi maşınının yeganə gücü cəzasızlıqdır, onun atəşin təsir dairəsində iyirmi qat üstünlüyüdür. Bu raketlər olmadan Ukrayna maksimum 80 km, onlar isə uzaqmənzilli aviasiya və havadan buraxılan raketləri nəzərə alsaq, 2000 km məsafəni vura bilər. Ruslar lovğalanırdılar ki, Xarkovda İES-i dağıdanda Xəzər dənizindən raket atıblar.

Mənim fərziyyəm odur ki, ağır silahların müəyyən hissəsi təhvil verilib, amma birincisi, onlara birtəhər öyrəşmək, Ukrayna hərbçilərinin onlarla tanış olmaları lazımdır. Və hərbi təmaslar vasitəsilə ruslara nüvə zərbəsinin nəticələrinin nə olacağı barədə xəbərdarlıq edildi, yəqin amerikalılar onlara izah etdilər ki, biz hələ ATACMS vermirik, amma bu təhlükəni həyata keçirsəniz, veriləcək.

- Ukraynanın müdafiə naziri Aleksey Reznikovun Rusiya ordusuna müraciətini görmüsünüzmü? Bunu Rusiya ordusuna təsiri baxımından necə qiymətləndirərdiniz? Eşidəcəklərmi, çatacaqmı və necə təsir edəcək?

- Zalujnı Gerasimova təriflərində də oxşar siqnallar verib. Bunlar çox vaxtında və düzgün mesajlardır və Reznikovun çıxışında belə bir alt mətn var idi ki, o, indi Moskvada baş verən vəziyyəti bilir. Mən rus ordusunu ideallaşdırmaq istəmirəm, onlar çoxlu sayda hərbi cinayətlər törədiblər. General Zalujnıdan fərqli olaraq, mən onların intellektual qabiliyyətləri barədə o qədər də yüksək fikirdə deyiləm, lakin biz görürük ki, onlar Putinin başlatdığı böhtan sisteminin hədəfindədirlər. Kadırovu, Priqojini, Dumanın spikeri Volodini və “müharibə müxbiri” ləqəbli alçaqları onların üstünə buraxdılar. Onlar bütövlükdə fəaliyyətlərinə görə mühakimə olunacaqlar.

- Kim günahkardır: fürer, yoxsa generallar?

- Rusiya məğlub oldu. Artıq böyük rüsvayçı məğlubiyyətə uğradı. Əgər ukraynalılar qalan bir ayda Xersonu azad edə bilsələr, bu, Rusiya dövləti və hakimiyyəti üçün tam bir fəlakət olacaq. Kim günahkardır: fürer, yoxsa generallar? Fürer generalları aşağılayan kampaniyaya başladı. Bu çağırış onları silahlarını təhvil verməyə və dəhşətli qisasla hədələndikləri məqama çatan tərəfə keçməyə çağırır. Stalinin 41-ci il məğlubiyyətindən sonra general Pavlovla etdiyi ilə Putinin etdiyi eyni şeydir.

Bu iyrənc məxluqlar – Simonyan və Solovyov irəli gedirlər və deyirlər: “yalan danışmağı dayandırın”. Dəhşətli şeylər üzə çıxdı. Birincisi, səfərbərlik qərarı sosial fəlakətdir və o, artıq püskürüb. 300 min olduğu açıqlandı, ancaq bir milyona çağırmağı planlaşdırdıqları ortaya çıxdı.

Ortada isə heç nə yoxdur: corab yox, çəkmə yox, uniforma yox, silah yox - hər şey oğurlanıb. Bu vəziyyətdə təbliğat “böyük Putinin sözünü generallar yerə saldı” mövzusunu gündəmə gətirir. Generalların qətliamı hazırlanır. Onlar qərar verməlidirlər: ya onlara işgəncə veriləcək və öldürüləcəklər, ya da...

Xersonda Stremousov bəyan etdi: “Mən müdafiə naziri Şoyqunun işdən çıxarılmasını tələb edirəm və o, bu rüsvayçılığı qanla yumaq üçün sıravi əsgər kimi cəbhəyə getdi”. Bəs bu adam kimdir? Təbii ki, ona bu barədə göstəriş verilib. Putin generalları üçün dəhşətli qətliam hazırlayır. Bəlkə də məğlubiyyətin qaçılmazlığını dərk edib. Bu fəlakəti kimsə izah etməlidir axı. Sevastopolun təslim olmasından sonra o, çar I Nikolay kimi intihar etməklə yetinməyəcək.

- Niyə indi Şoyqu və generallar işdən çıxarılmır?

- Çünki indi atəşə tutursan, yenilərini təyin edirsən, iki həftədən sonra ukraynalılar Xersonu alacaqlar. Kreml isə qəsdən generalları günahlandırmaq üçün bu kampaniyaya başlayır. Bu fəlakət aydın olanda hər şeyi generalların üzərinə atacaqlar.

- Generallar kifayət qədər cəsarətli olacaqlarmı? Hamı cəmiyyətin, ətraf mühitin amorfluğundan danışır.

- Hər halda belə hisslərlə müharibə aparmaq çox çətindir. Putin artıq ziddiyyətlər piramidası yaradıb. Kimdir bu bədbəxt dəstələr? Pulları, əlaqələri olan bütün orta təbəqə insanların hamısı getdi. Bəziləri rəqəmi 200 min, bəziləri isə 700 min adlandırır. Çoxdur, çox var. Orta təbəqə getdi. Onlar fəhlə və kəndliləri cəbhəyə aparırlar. Bu, müharibədən sonra onlar üçün dəhşətli problem yaradacaq. Onların yarısı öldürüləcək, yarısı birtəhər sağ qalacaq və pulemyotları ilə Rusiya şəhərlərinə qayıdacaqlar. Onların orada nə edəcəyi barədə heç bir fikriniz varmı? Dəhşətdir.

1717-ci ildə Petroqradda cəbhəni tərk edən və onları göndərənlərlə məşğul olmaq istəyən rus əsgərləri kimi. Putin çoxlu sayda problem yaratdı.

Burada o, ən yaxın müttəfiqləri tərəfindən, deyəsən, ona xor baxıldığını görüb Səmərqənddən qəzəblə gəldi. Çünki alnında “uduzan” yazılmışdı, ona uyğun davranırdılar.

Qayıdanda isə bütün xətti alt-üst etdi. O, dərəcələri artırmaq və bütün mümkün razılaşmaları pozmaq üçün bir neçə son dərəcə kəskin addımlar atdı: səfərbərlik, referendumlar və ilhaq, nüvə şantajı və hətta “Avropanı donduracağıq” ümidi ilə özünün iki “Şimal axını”nda partlayış törətdi. Onun son ölümcül səhvi - Kadırov və Priqojini ən yüksək rütbəli generalların üzərinə atması oldu.

Reznikov generallara doğru yolu göstərdi və düzgün anı seçmasini istədi. Bir neçə gün əvvələ qədər bununla məşğul olmaq tez idi. Dedi ki, “Moskvada bu axmaqlarla məşğul olsunlar, biz də razılığa gələk, biz hərb adamlarıyıq, bir-birimizi başa düşəcəyik”.

- Vladimir Vladimiroviçə 70 illik yubileyi ilə bağlı xoşagəlməz hədiyyə var - bu, Avropa İttifaqı tərəfindən neftin qiyməti ilə bağlı məhdudiyyətlərlə təsdiqlənən səkkizinci sanksiyalar paketidir. Dekabrda fəaliyyətə başlayacağı ilə bağlı şayiələr var. Sizin proqnozlarınız nədir: o, Rusiyanın müharibə aparmaq qabiliyyətini nə qədər zəiflədə biləcək?

- Ukrayna Silahlı Qüvvələri Rusiyanın müharibə aparmaq qabiliyyətini zəiflədə bilər. Dekabrda hər şey həll olunacaq. Mən artıq bu sanksiya paketləri ilə maraqlanmıram. Mənim üçün nə qədər ATACMS və “Leopard” tankının gələcəyi daha vacibdir. Bu, Avropa Birliyinin istənilən sanksiyalarından min dəfə vacibdir, baxmayaraq ki, uzunmüddətli perspektivdə sanksiya lazımlıdır. Bütün Rusiya iqtisadiyyatı çökür. İndi hər şey döyüş meydanında həll olunur. Ukrayna Silahlı Qüvvələri qalib gələcək, yeganə sual nə vaxt - qışdan əvvəl, yoxsa yazda? Bu, indi həll olunur. Hamısı uzaqmənzilli raketlərin çatdırılma sürətindən asılıdır.

Geri qayıt