Əsas Səhifə > Dünya > 3-cü dünya müharibəsi baş verəcəkmi?
3-cü dünya müharibəsi baş verəcəkmi?14-02-2022, 08:29 |
DİA.AZ: - ABŞ Prezidenti Co Bayden deyib ki, ABŞ Ordusu heç bir halda Ukraynaya göndərilməyəcək. Ağ Ev rəhbəri bildirib ki, Rusiya-ABŞ münaqişəsinin olacağı təqdirdə dünya müharibəsini proqnozlaşdırır. ABŞ liderinin sözlərinə görə, “amerikalılar və ruslar bir-birinə atəş açsalar, onda yeni dünya müharibəsi başlayacaq”. Co Bayden həmçinin ABŞ vətəndaşlarını münaqişənin gərginləşməsi ehtimalına görə Ukraynanı tərk etməyə çağırıb. DİA.AZ xəbər verir ki, məsələni şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, III Dünya müharibəsinin baş verməsi mümkündür: "Ukrayna NATO-ya üzv deyil. Əgər Rusiya Polşa və Pribaltikaya hücum edərsə, NATO və ABŞ bu ölkələri müdafiə edə bilər və Rusiya ilə toqquşmaya gedə bilər. Amma Rusiyanın Ukraynaya hərbi təcavüzü Amerikanın Ukraynaya yalnız hərbi yardımları ilə müşayiət oluna bilər. ABŞ və Rusiya prezidentləri axşam saatlarında növbəti dəfə telefonla danışacaq. Bu, müharibənin baş verməməsi üçün son diplomatik təmasdır. Rusiya və Amerika növbəti dəfə təkliflərini verəcək. Əgər razılaşma olarsa, müharibə ertlənər. Amma nə Rusiya, nə də ABŞ geri çəkilməyəcək. Hər iki ölkənin əsgərinin bir-birinə güllə atması III Dünya müharibəsinə gətirə bilər. Bu müharibə Avropanı əhatə edə bilər. Ona görə də tərəflər mümkün risklərdən qaçmağa cəhd edir. Hesab edirəm ki, Donbasda müharibənin baş verməsi də mümkündür. Bu, Ukraynanın qəfil hücuma keçməsi ilə nəticələnə bilər. Amma Rusiyanın mümkün senariləri var ki, Ukraynanı raket və artilleriya zərbəsinə tutsun. Düşünmürəm ki, tərəflər geri çəkilələr. Müharibə hazırda Rusiya üçün ağır prosesdir". Geri qayıt |