Əsas Səhifə > Dünya > NATO müdafiə nazirləri Rusiyanı müzakirə edəcəklər

NATO müdafiə nazirləri Rusiyanı müzakirə edəcəklər


21-10-2021, 08:25
NATO müdafiə nazirləri Rusiyanı müzakirə edəcəklər
NATO müdafiə nazirləri 21-22 oktyabr tarixlərində keçiriləcək görüşdə hipersəsli raketlər də daxil olmaqla Rusiyanın raket və nüvə potensialının imkanlarını qiymətləndirəcəklər.

“Report” xəbər verir ki, bunu alyansın baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, NATO nüvə silahı olmayan dünyanın tərəfdarıdır:

“Rusiya, Çin və Şimali Koreyanın nüvə silahına sahib olduğu, lakin NATO-nun olmadığı bir dünyanın daha təhlükəsiz olacağına inanmırıq”.

O, həmçinin qeyd edib ki, ittifaq ABŞ və Rusiya arasında silahlara nəzarət müqavilələri üzrə dialoqu dəstəkləyir.


Geri qayıt