Əsas Səhifə > Dünya > Türk ordusu Rusiya və Suriya qoşunlarını Ayn İssa şəhərindən çıxardı
Türk ordusu Rusiya və Suriya qoşunlarını Ayn İssa şəhərindən çıxardı18-10-2021, 11:45 |
Dünən günorta saatlarından etibarən Türkiyənin Suriyadakı hərbi birləşmələri Ayn İssa şəhəri istiqamətində lokal antiterror əməliyyatlarına start verib. JAMAZ.İNFO xəbər verir ki, artilleriya atışları ilə müşahidə olunan əməliyyatlar nəticəsində terrorçular bölgədən qaçmalı olublar. Suiriya Azadlıq Ordusu və Türkiyə mediasının yaydığı məlumatda deyilir ki, bir neçə gün əvvəl Ayn İssa şəhəri və onun ətrafında mövqe tutmuş Rusiya və Suriya hərbi birləşmələri də geri çəkilmək məcburiyyətində qalıblar.Həmin məlumatda qeyd edilir ki, türk ordusunun hücumlarından sonra Ayn İssadakı üç mövqedən çıxan Rusiya ordusu bütün hərbi texnika və canlı qüvvəsini Rakka şəhərinin şimalında yerləşən Tel əl-Saman şəhərinə evakuasiya edib. Onlarla paralel olaraq, Suriya ordusu da qoşuinlarını qeyd olunan məntəqəyə geri çəkib. Rusiya Müdafiə Nazirliyi məsələ ilə bağlı hər hansı şərh verməyib. Rus mediası isə baş verənlərlərlə bağlı müxtəlif mənbələrdən əldə etdiyi məlumatlarda qeyd edir ki, Kremlin geri çəkilməsi Türkiyə ilə olan razılaşmanmın tərkib hissəsi ola bilər. Xatırladaq ki, Rusiya ordusunun Ayn İssa şəhərini tərk etməsini əks etdirən videogörüntülər də yayılıb. Geri qayıt |