Əsas Səhifə > Dünya > FBI "Taliban"ın yeni daxili işlər nazirinin başına 5 milyon dollar qoyub

FBI "Taliban"ın yeni daxili işlər nazirinin başına 5 milyon dollar qoyub


8-09-2021, 10:10
FBI "Taliban"ın yeni daxili işlər nazirinin başına 5 milyon dollar qoyub
"Taliban"ın yeni daxili işlər naziri Siracəddin Haqqani ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FBI) rəsmi saytında xüsusi axtarışda olanlar siyahısındadır.
Yeniavaz.com xəbər verir ki, FBI Haqqanin başına 5 milyon dollar qoyub.
Qeyd edək ki, Siracəddin Haqqaninin kiçik qardaşı Məhəmməd Haqqani, 18 Fevral 2010-cu ildə Şimali Vəziristanın Dande Darpakel kəndində pilotsuz təyyarə hücumu nəticəsində ölüb. Haqqani 14 yanvar 2008-ci ildə Kabildə "Serena" otelində ABŞ vətəndaşı Tor Devid Hesla da daxil olmaqla altı nəfərin ölümünə səbəb olan hücumun təşkilatçısıdır. Onun daha bir neçə partlayışda əlinin olduğu bildirilir.

FBI "Taliban"ın yeni daxili işlər nazirinin başına 5 milyon dollar qoyub


Geri qayıt