Əsas Səhifə > Dünya > ABŞ baş götürüb Əfqanıstandan qaçdı:

ABŞ baş götürüb Əfqanıstandan qaçdı:


31-08-2021, 08:32
ABŞ baş götürüb Əfqanıstandan qaçdı:
“Taliban”ın ABŞ-a verdiyi vaxt bu gün başa çatırdı. Dünən Pentaqon Əfqanıstandakı ABŞ qoşunlarının tamamən çıxdığını bəyan edib.

Ovqat.com “Taliban” qaynaqlarına istinadən xəbər verir ki, ABŞ-ın hazırda Əfqanıstanda heç bir hərbi qüvvəsi qalmamasına baxmayaraq, hələ də yüzlərlə mülki vətəndaşı təxliyə olunmayıb.

Yəni ABŞ ordusu verilən möhlətin bitməsinə az qaldığı qorxusuyla başını görüb elə qaçıb ki, mülki vətəndaşlarını belə, tam çıxara bilməyib.

ABŞ vətəndaşlarının təhlikəsiz təxliyəsini “Taliban” qüvvələri öz boyunlarına götürüb.

“Taliban”ın “yaddan çıxmış” ABŞ vətəndaşlarından girov kimi istifadə edərək Vaşinqtona təzyiq göstərmə ehtimalı da istisna deyil.


Geri qayıt