Əsas Səhifə > Dünya > Əfqanıstanda Milli Müqavimət Cəbhəsi ilə "Taliban" hərəkatı arasında danışıqlar olub
Əfqanıstanda Milli Müqavimət Cəbhəsi ilə "Taliban" hərəkatı arasında danışıqlar olub26-08-2021, 08:25 |
Əfqanıstanda Milli Müqavimət Cəbhəsinin nümayəndələri ilə "Taliban" hərəkatının nümayəndə heyəti arasında ilk birbaşa danışıqlar keçirilib. Trend-in məlumatına görə, bu barədə öz "Facebook" səhifəsində "Taliban"a tabe olmayan şimalın Pəncşir vilayətini təmsil edən Əbdül Hafiz Mənsur bildirib. Onun sözlərinə görə, danışıqlar xoş mühitdə keçirilib: "Bu, ilk dəfədir ki, iki tərəfin nümayəndələri birbaşa dialoq aparıblar". O əlavə edib ki, tərəflər bir-birinin mövqelərinə silahlı hücumların qarşısını almaq üçün sülh mövzusunda dialoqu davam etdirmək barədə razılığa gəliblər. Geri qayıt |