Əsas Səhifə > Dünya > Sistemi söndürməklə ölkələrin iqtisadiyyatını KİM MƏHV EDƏ BİLƏR?
Sistemi söndürməklə ölkələrin iqtisadiyyatını KİM MƏHV EDƏ BİLƏR?10-08-2021, 09:34 |
Müasir dövrdə dünyanın hər hansı bir ölkəsindən digərlərinə pul köçürülməsi, milyonlarla maliyyənin çemodansız, rüsum ödənilmədən daşınması, dövlətlərarası ticarətin həyata keçirilməsi çox asan görünür. Bunun üçün bəlli sistemlər qurulub. Lakin qlobal maliyyə dövriyyəsi güc mərkəzlərinin əllərində cəmləşib ki, bunun vasitəsi ilə istənilən dövlətə sanksiyaların tətbiq edilməsi mümkündür. Necə ki, bu vaxtaşırı təcrübədən keçirilib. Sadəcə hansısa ölkəni SWIFT ödəniş sistemindən təcrid etməklə onun iqtisadiyyatını boğmaq mümkündür. Xatırladaq ki, banklararası mesajlaşma sistemi olan SWIFT 1973-cü ildə Belçikada qeydiyyatdan keçib. Dünyanın 215 ölkəsindən 11 min maliyyə qurumu bu sistemin üzvüdür. Hər gün milyonlarla ödəniş və pul köçürmələri sistem vasitəsilə bankların balansında əks olunur. Dünya ölkələri dolların ağalığından qurtula bilmədikləri kimi maliyyə dövriyyələrini həyata keçirən sistemlərin də hökmranlığını dəf edə bilmirlər. Məsələn, bir neçə ay əvvəl ABŞ Dövlət Departamenti və Avropa Birliyindən Rusiya banklarını SWİFT ödəniş sistemindən aylırmaqla bağlı təhdidlər səsləndi. Bu hal 2019-cu ildə də baş vermişdi. Maliyyə dövriyyələrində sanksiya predmetinə çevrilən digər vasitə isə bank kartlarıdır. 2014-cü ildə Ukrayna böhranından sonra Qərbin Rusiya banklarını SWİFT-dən ayırmaq cəhdləri baş tutmasa da, bank kartları hədəfə alındı. “Visa” və “MasterCard” –ların dondurulması yeddi Rusiya bankına təsir etdi və bu banklar tərəfindən verilən təxminən 500.000 kredit və debet kartı ilə edilən əməliyyatlar donduruldu. Bu cür hallar vaxtaşırı alternativ sistemlərin tətbiq edilməsi ideyasının ortaya atılması zərurəti yaradır. Amma bu da Rusiya və Çinin öz milli valyutalarında ticarətə başlaması kimi effektiv sonluqla nəticələnmir. Sənədlərdə Avropa Birliyinin qanunlarına tabe olan və Avropada yerləşən SWIFT sistemi başqa bir prizmadan ABŞ-ın ağalığı altında görünür. Belə ki, bu cür düşüncələrə dünya ticarətinin böyük hissəsinin dollarla həyata keçirilməsi şərait yaradır. Amma elə dolların idarəetməsinin də həqiqətən ABŞ-ın əlində olub-olmaması sual doğurur. Bir halda ki, Federal Ehtiyatlar Sistemi (FES) ABŞ dövlətinə dolları borc verir, bu valyutanı idarə edən qüvvənin də tam olaraq dövlət olmasına şübhə yaranır. Elə sabiq Prezident Donald Trampın rəhbərliyi dövründə FES idarəçiləri ilə ortaya çıxan fikir ayrılıqları əslində ABŞ-ın hegemonluğunun görüntü olduğunu ortaya qoyur. Bəs, hegemonlar kimlərdir? Dünyanın maliyyə ağalığı və o cümlədən də qlobal dövriyyələr kimlərin əllərindədir? Kimlər bunun vasitəsi ilə dövlətlərə və fərdlərə sanksiyalar tətbiq edə, bununla da siyasi proseslərə müdaxilə edə bilirlər? Bunun üçün FES-in yaranma tarixini araşdırmaq kifayyət edir. Qeyd edək ki, FES-in konsepsiyası 1886 -cı ildə milyonerlər cəmiyyəti tərəfindən satın alınan ABŞ-ın Jekyll adasında qurulub. FES-in yaradıcıları Rotşild ailəsinin üzvü Kann və Paul Varburq idi. 1913 -cü ildə Konqres Federal Ehtiyat Sistemini yaradılması haqqında qanun qəbul etdi. 23 dekabr 1913 -cü ildə Prezident Vilson müvafiq Federal Ehtiyat Aktını imzaladı. FES ABŞ hökumətinin qərarları ilə yaradılsa da, indi də 100 il əvvəl olduğu kimi müstəqil siyasət yerdir. Dolların çap hüququnu əlinə alan Depatament mürəkkəb idarəçilik qurluşuna və hüquqi statusa malikdir. Onun səhmdarları çoxdur, İdarə Heyyətinin üzvləri var. Bununla belə əsrin əvvəlində olduğu kimi, indi də burada söz sahibi Rotşildlər sayılır. Onların nəzarətində olan maliyyənin 15 trilyona qədər yüksəldiyi deyilir, dünyanın nüfuzlu banklarından bir neçəsinin də sahibləri məhz Natan Amşel Rotşildin yetirmələridir. Qlobal maliyyə dövriyyəsinə nəzarət də onların əlindədir. Maliyyə və dövriyyəyə ağalıq isə dünya siyasətinin, iqtisadiyyatının, indiki dövrdə həm də səhiyyəsinin idarəçiliyinin onların əlində cəmləşməsinə imkan yaradır. Bizim.Media Geri qayıt |