Əsas Səhifə > Dünya > BMT TŞ-nın 6 üzvü Rusiyanı Abxaziya və Cənubi Osetiyanı tanımaq qərarını geri götürməyə çağırdı
BMT TŞ-nın 6 üzvü Rusiyanı Abxaziya və Cənubi Osetiyanı tanımaq qərarını geri götürməyə çağırdı6-08-2021, 07:49 |
ABŞ, Böyük Britaniya və Fransa da daxil olmaqla, BMT TŞ-nın bəzi üzvləri birgə bəyanat verərək, Rusiyadan Cənubi Osetiyanın və Abxaziyanın müstəqilliyinin tanınmasını geri götürməyi tələb edib. Ovqat.com-un məlumatına görə, bəyanat BMT Təhlükəsizlik Şurasında təqim olunub. Sənədi Şuranın altı üzvü – Estoniya, Fransa, İrlandiya, Norveç, Böyük Britaniya və ABŞ imzalayıblar. Bəyanatda Rusiya sözügedən separatçı təşəbbüsdə "qanunsuz hərbi iştirak"ına görə qınanılıb. Bəyanatın müəllifləri həmçinin son bir neçə ildir "insan hüquqları ilə bağlı heç bir beynəlxalq monitorinq qrupunun Abxaziya və Cənubi Osetiya regionlarına məhdudiyyətsiz girişinə izn verilməməsindən" narahatlıqlarını bildiriblər. Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski isə qondarma “respublika”ların “müstəqilliyinin” göz ardı edilməsini mümkün olmayan reallıq adlandırıb. BMT TŞ-ın 6 üzvünün bu bəyanatı Qərb ölkələrinin Gürcüstana verdiyi ilk dəstək deyil. Bu ilin yanvarında NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstan Prezidenti Salome Zurabişvili ilə Brüsseldə görüşərkən Rusiyanı separatçı bölgələrin “müstəqilliyini” tanımaq qərarını geri götürməyə çağırmışdı. Xatırladaq ki, BMT-nin 5 daimi, 10 müvəqqəti üzvü var. Daimi üzvlərdən birinin veto hüququndan istifadə etməsi BMT TŞ-da müzakirəyə çıxarılan məsələnin müzakirəsinin dayandırılması üçün kifayətdir. Rusiya da Təhlükəsizlik Şurasının üzvüdür və onun nümayəndəsinin məlum respublika”ların “müstəqilliyinin” göz ardı edilməsini mümkün olmayan reallıq adlandırması Moskvanın veto hüququndan faydalanacağı mənasına gəlir. Geri qayıt |