Əsas Səhifə > Dünya > NATO Rusiya sərhədində uçuşları niyə artırıb?
NATO Rusiya sərhədində uçuşları niyə artırıb?7-06-2021, 08:55 |
Qərb ölkələri S-500 hava müdafiə sisteminin imkanlarını öyrənmək istəyir, buna görə də NATO-nun Rusiya sərhədləri yaxınlığında uçuşlarının sayı artacaq. Axar.az xəbər verir ki, bunu hərbi ekspert Yuri Knutov NATO-nun Rusiya sərhədlərində qeydə alınan çox sayda uçuşlarını şərh edərkən deyib. "Son bir həftə ərzində Rusiya sərhədləri yaxınlığında NATO ölkələrinə məxsus 38 təyyarə və 10 pilotsuz uçuş aparatı aşkarlanıb. Burada hərbi təlimlər amilini də nəzərə almaq vacibdir. Hazırda "Defender Europe 2021" və "Sea Breeze 2021" təlimlərinə görə hazırlıq işləri aparılır. Bu təlimlərdə çox sayda hərbi texnika iştirak edəcək", - deyə mütəxəssis qeyd edib. Onun sözlərinə görə, ABŞ dislokasiya yerlərində kəşfiyyat aparmaq üçün hava hücumundan müdafiə sistemləri üzərində yükün artırılmasına dair qərar verə bilər: "Bu köhnə taktikadır, yerli münaqişələrdə bir dəfədən çox istifadə edilib və indi də tətbiq olunur. Rusiya Qərbin aviasiya ilə bağlı olan istənilən müdaxiləsinin qarşısını radioelektron sistemləri vasitəsilə alacaq. Xarici pilotlar sərhədlərimizə yaxınlaşdıqda özlərini rahat hiss etməməlidirlər". Geri qayıt |