Əsas Səhifə > Dünya > Paşinyanla keçmiş prezident anlaşıb

Paşinyanla keçmiş prezident anlaşıb


20-05-2021, 08:28
Paşinyanla keçmiş prezident anlaşıb
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi partiyası erkən parlament seçkilərində iştirak edəcək. Bu barədə partiyanın qurultayında qərar qəbul olunub. Partiyanın seçki siyahısına Ter-Petrosyan özü şəxsən başçılıq edəcək. Qeyd edək ki, Ermənistanda erkən parlament seçkiləri iyunun 20-də keçiriləcək.

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistanda seçkilərin çox gərgin keçəcəyi gözlənilir. O hesab edir ki, Levon Ter-Petrosyanın seçkilərə qatılması müxalifət qruplarının parçalanmasına gətirəcək:

"Ermənistan Milli Konqresinin sədri Levon Ter-Petrosyanın seçkiyə qatılması Paşinyana qarşı ciddi mübarizəyə çevrilməsi gözlənilmir. Çünki ilk növbədə Levon Paşinyanla müttəfiq olub. Levon ola bilər ki, Paşinyanla gizli anlaşaraq Koçaryanın seçkilərdə mövqeyini zəiflətmək üçündür".

M.Əsədullazadə əlavə edib ki, Petrosyan özü də Koçaryana qarşı kəskin mövqe sərgiləyir:

"Koçaryanla Petrosyanın mövqeləri ziddiyyətlidir. Amma Paşinyanla eyni senaridə yer ala bilir. Ona görə də Petrosyanın seçkiyə qatılması və Paşinyanı tənqid etməsi ciddi şəkildə Koçaryan və digər müxalifət qrupların parçalanmasına gətirəcək. Hesab edirəm ki, ölkədə seçkilər gərgin və mübarizə şəraitində keçəcək".

Geri qayıt