Əsas Səhifə > Dünya > Rusiyada təhlükəsizlik qüvvələrinə müqavimət göstərən terrorçu öldürülüb
Rusiyada təhlükəsizlik qüvvələrinə müqavimət göstərən terrorçu öldürülüb12-05-2021, 07:37 |
Rusiyanın Simferopol bölgəsində Federal Təhlükəsizlik Bürosunun (FTB) Krım şöbəsi üzrə əməkdaşları tərəfindən beynəlxalq axtarışda olan terror təşkilatlarının üzvü zərəsizləşdirilib. APA TASS-a istinadən xəbər verir ki, bu barədə FTB-nin mətbuat xidməti məlumat yayıb. FTB və Milli Qvardiyanın xüsusi təyinatlı dəstələrinin birgə həyata keçirdiyi əməliyyat zamanı terrorçu silahlı müqavimət göstərib. Bu zaman qarşı tərəfin cavab atəşi ilə o öldürülüb. Hadisə ilə bağlı təcili istintaq hərəkətləri başlanılıb. Geri qayıt |