Əsas Səhifə > Dünya > Rusiya "Bayraqdar"a qarşı yeni sistem yaradır
Rusiya "Bayraqdar"a qarşı yeni sistem yaradır19-04-2021, 09:05 |
Rusiyalı mütəxəssislər PUA-lara qarşı dünyada ilk dəfə “havada mina” sistemini yaradıb. Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın “Rostex” şirkətinin nəzdindəki ZALA AERO-nun rəhbəri Aleksandr Zaxarov deyib. Onun sözlərinə görə, “havada mina” sistemi daha əvvəl Rusiyada yaradılmış “Lanset” PUA-larının əsasında ərsəyə gətiriləcək: “Daha əvvəl əldə etdiyimiz 300 km/s sürəti ilə bunu rahatlıqla edə bilərik”. Qeyd edək ki, Zaxarovun istifadə etdiyi “havada mina” ifadəsi bir neçə PUA-nın havada patrul xidməti göstərməsi və digər PUA-ların keçə bilməyəcəyi manenin yaradılması anlamına gəlir. Belə ki, on saatdan artıq havada qala bilən “Lanset” PUA-ları, bir növ, “havada mina” şəbəkəsi yaradır. Ukraynanın Türkiyənin “Bayraqdar” PUA-ları əldə etməsindən sonra Rusiya tərəfindən belə açıqlama verilməsi xeyli suallar doğurub. Geri qayıt |