Əsas Səhifə > Dünya > 5 Qərb ölkəsi Rusiyanın Ukraynaya qarşı hərbi fəallığını artırmasını müzakirə edib
5 Qərb ölkəsi Rusiyanın Ukraynaya qarşı hərbi fəallığını artırmasını müzakirə edib8-04-2021, 08:41 |
ABŞ, Böyük Britaniya, Kanada, Litva və Polşa Ukrayna ətrafında baş verən hadisələrlə əlaqədar görüş keçiriblər və Rusiyanın bu ölkə ilə sərhəddə hərbi fəallığını artırmasını müzakirə ediblər. Ovqat.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Məlumata görə, toplantı Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin rəhbərliyi altında keçirilib. Amerika isə bu görüşə müdafiə nazirinin müavini səlahiyyətlərini icra edən Amanda Dori timsalında qatılıb. "Liderlər Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və Avratlantik təşəbbüslərinə sarsılmaz dəstək verdiklərini təsdiqləyib və regionda Rusiyanın hərbi fəallığının artırılmasını müzakirə ediblər. Rusiyanın sabitliyi pozmaqda olan hərəkətləri ATƏT — in vasitəçiliyi ilə 27 iyul 2020-ci il tarixli razılaşmada əldə edilmiş gərginliyin azalması prinsipinə zərbə vurur", - deyə Dövlət Departamenti bildirib. Bundan başqa, Qərb müttəfiqləri Ukrayna hərbçilərinə təlim keçməyə və ölkənin Silahlı Qüvvələrinin "hərbi potensialının qurulmasını" dəstəkləyəcəklərinə vəd veriblər. Açıqlamada xatırladılıb ki, bundan əvvəl də Vaşinqton "rus təcavüzü"nin qızışdığını, Rusiya qoşunlarının Krıma və Ukraynanın şərq sərhədinə dislokasiya olunduğunu bəyan edib. ABŞ Moskvanı bu hərəkətləri izah etməyə çağırıb və dialoqa hazır olduğunu diqqətə çatdırıb. Ukrayna ilə bağlı müzakirələrə Qərb nəhənglərindən yalnız Böyük Britaniya və ABŞ-ın qatıldığı diqqət çəkir. Almaniya, Fransa və digər Qərbi Avropa ölkələri nədənsə bu görüşdə iştirak etməyiblər. Ümumiyyətlə, son zamanlar NATO müttəfiqlərinin Rusiyaya münasibətdə haçalandığını müşahidə olunur. Fransa prezdenti açıq şəkldə “NATO-nun beyin ölümü keçirdiyini” bildirir, Almaniya isə Vaşinqtonun bütün israrlarına rəğmən “Şimal axını-2” layihəsini dəstəkləyir. Geri qayıt |