Əsas Səhifə > Dünya > ABŞ və Rusiya qarşıdurması böyük təhlükələr vəd edir
ABŞ və Rusiya qarşıdurması böyük təhlükələr vəd edir20-03-2021, 11:19 |
Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydenə müzakirənin canlı efirdə davam etdirilməsini təklif edib və bunun Rusiya və ABŞ xalqları üçün maraqlı olacağını bildirib. Putin deyib ki, keçən dəfə telefon danışığı ilə bağlı təşəbbüs Prezident Baydendən gəlib: “Prezident Baydeni müzakirəmizi davam etdirməyə dəvət etmək istəyirəm, ancaq bunu bir şərtlə, birbaşa efirdə həyata keçirək. Mənə elə gəlir ki, bu, Rusiya və Amerika xalqları üçün maraqlı olacaq”. Rusiya prezidenti amerikalı həmkarı ilə münasibətlərin davam etməsində maraqlı olduğunu deyib. Lakin Co Bayden administrasiyası Putinin canlı yayım müzakirəsi təklifindən imtina edib. Amerikalılar isə bunu Ağ Ev rəhbərinin zəifliyi kimi qələmə veriblər: “Putin Co Baydeni hazırlanmış senari olmadan canlı yayımda debata dəvət etdi. Bütün dünya bilir ki, bizdə lap yuxarıda lider yoxdur. Amerikanın rəqibləri bu zəifliyə baxır və sevinirlər”. Millət vəkili Elman Nəsirov ABŞ-Rusiya münasibətlərinin ən mürəkkəb dövrünü yaşadığını deyib. Deputatın sözlərinə görə, əslində ABŞ-la Rusiyanın münasibətləri həmişə ziqzaqvarı inkişaf yolu ilə seçilib: “Onlar bir-birinə həmişə daimi siyasi rəqib kimi baxıblar. Amma Co Bayden prezidentliyə başladıqdan sonra münasibətlərin gərginləşmə tempi artıb. Gərginliyin zirvə nöqtəsi Baydenin açıq şəkildə Vladimir Putini qatil adlandırması olub. Bu artıq o deməkdir ki, tərəflər arasında bütün körpülər yandırılıb. Rusiya tərəfi Ağ Evə qarşı analoji davranış həyata keçirəcəyini bildirib. İki dövlət arasındakı münasibətlərin daha da gərginləşməsi istisna edilmir. Məsələ ondadır ki, ABŞ və Rusiya kimi iki nəhəng fövqəldövlətlər arasında münasibətlərin həddindən artıq pisləşməsi çox böyük təhlükələr yarada bilər. Belə gərgin vəziyyət Qərblə Rusiya hərbi rəhbərliyi arasında Bakıda yeddinci görüşün keçirilməsini şərtləndirə bilər. Bilirsiz ki, tərəflər arasında bir neçə təmaslar məhz paytaxt Bakıda baş tutub”. //sherg.az// Geri qayıt |