Əsas Səhifə > Dünya > Bu gün İrəvanda milli rüsvayçılığa qarşı etiraz aksiyası keçiriləcək
Bu gün İrəvanda milli rüsvayçılığa qarşı etiraz aksiyası keçiriləcək19-01-2021, 08:26 |
Ermənistanın ikinci prezidenti olmuş Robert Koçaryanın Azad edilməsi Komitəsinin üzvləri bu gün Yerevanda etiraz aksiyası keçirəcəklər. Bu barədə “Report” “News.am”a istinadən xəbər verir. “Bu vəziyyət kimin üçün qəbuledilməzdirsə, milli rüsvayçılığa qarşı etiraz aksiyasına dəvət edirik. Aksiya yanvarın 19-da saat 12:30-da Şenqavit məhkəməsinin binası qarşısında başlanacaq”, - deyə Robert Koçaryanın Azad olunması Komitəsinin bəyanatında deyilir. "Yanvarın 19-da guya Konstitusiya quruluşunun devirilməsi haqqında iş üzrə növbəti məhkəmə iclası olacaq. Cəfəngiyat davam edir. Dövlət maraqlarının xəyanəti sərhəd tanımır", - bəyanatda qeyd edilir. Geri qayıt |