Əsas Səhifə > Dünya > Pakistan Türkiyəyə nüvə silahı verir?
Pakistan Türkiyəyə nüvə silahı verir?5-01-2021, 08:56 |
Pakistan və Türkiyə müsəlman ölkələridir. Bu iki ölkənin güclənməsinin bəzilərini narahat etməsi açıq-aşkardır. Bunun bariz nümunəsi isə Türkiyə və Pakistanın raket-nüvə texnologiyalarını bir-biri ilə bölüşməsi haqqında yayılan xəbərlərə reaksiyadır. Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Türkiyə və Pakistanın Ankaraya raket-nüvə texnologiyalarının verilməsi haqqında danışıqlar aparması ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib. O bildirib ki, bəzi qüvvələr Türkiyə və Pakistanı regionun “yeni İranı” kimi təqdim etməyə çalışırlar: “Müsəlman ölkələrinin nüvə silahına sahib olması bir çox Qərb dövlətlərini narahat edir. Xüsusilə də yanlış olaraq bu silahın onlara qarşı istifadə ediləcəyi düşüncəsi uzun illərdir mövcudur. Hazırda müsəlman ölkələrindən yalnız Pakistan bu silaha sahibdir”. Türkiyənin Pakistandan nüvə silahı texnologiyasını almaq istəməsinə gəlincə, politoloq bunu mümkün sayıb: “Çünki rəsmi Ankara uzun zamandır nüvə silahının ya tamamilə ləğv edilməli olduğunu, ya da bütün ölkələrin bu silaha sahib olmalı olduğunu vurğulayır. Burada diqqət ediləsi məsələ Türkiyənin heç də nüvə silahı almaq istəməsi deyil. Məsələ rəsmi Ankaranın yalnız bir qisim ölkənin nüvə silahına malik olmasını ədalətsiz saymasıdır. Bu mənada əgər Türkiyə-Pakistan arasında belə bir danışıqlar aparılırsa, bu, müsbət haldır. Lakin bu məsələnin belə qabardılması müəyyən güclərin məkrli siyasətindən başqa bir şey deyil. Məqsəd bəllidir: Türkiyə və Pakistanı nüvə silahının potensial artımında günahkar göstərib, region üçün ikinci və üçüncü İran effekti yaratmaq. Qeyd edim ki, İran məhz buna görə illərdir Qərbin sanksiyalarına məruz qalır”. Geri qayıt |