Əsas Səhifə > Dünya > NATO Rusiya ilə dialoqun davam etdirilməsini istəyir
NATO Rusiya ilə dialoqun davam etdirilməsini istəyir2-12-2020, 08:33 |
NATO Xarici İşlər Nazirləri bu il keçirilən son videokonfransda ittifaqla Rusiya arasında dialoqun davam etdirilməsinin zəruriliyini təsdiq ediblər. “Report” xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında NATO-nun baş katibi Yens Stoltenberq bildirib. Stoltenberq bildirib ki, NATO ABŞ və Rusiya arasında yeni Strateji Nüvə Silahlarının Azaldılması Müqaviləsinin uzadılması ilə bağlı dialoqunu alqışlayır. Baş katib, NATO ekspert qrupunun ittifaqın islahatı ilə bağlı təklifləri özündə ehtiva edən “NATO 2030” hesabatının hazırlanmasının başa çatdırdığını, bu sənədin NATO Xarici İşlər Nazirlərinin videokonfrans formatında keçirilən iclasında təqdim olunduğunu, yenidən işlənmiş versiyasının 2021-ci ildə alyansın zirvə toplantısında müzakirə ediləcəyini söyləyib. Geri qayıt |